`Beşiktaş` və `İnter` uduzdu

Türkiyənin "Beşiktaş" klubu səfərdə "Brügge"nin qonağı olub. İstanbul təmsilçisi ikinci hissənin əvvəlində hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib və görüşdən məğlub ayrılıb - 1:2.
"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" klubu öz meydanında "Ayaks"ı sınağa çəkib. Zozulyanın 30-cu dəqiqədə vurduğu qol Ukrayna təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0. İtaliya "İnter"i isə Almaniyada "Volfsburq"un qonağı olub və rəqibinə 1:3 hesabı ilə uduzub.
Teqlər: