Zakir Həsənov həmkarı ilə görüşdü

Zakir Həsənov həmkarı ilə görüşdü
  13 Mart 2015    Oxunub:1327
Azərbaycan və Sloveniya Müdafiə nazirlərnin görüşü keçirilib
Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müdafiə naziri Yanko Veber ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.
Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.

Danışıqlar bitdikdən sonra Müdafiə naziri Şərəf kitabını imzalayıb.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.


Teqlər:



Xəbər lenti