Sevgilisi nişanlanan qız özünü zəhərlədi
Gecə saat 03 radələrində qızın huşsuz bədəni mətbəxtdə tapılıb. Qızın valideynləri dərhal təcili yardıma müraciət ediblər.
Qız təcili yardım həkimlərinin köməyilə xəstəxanaya aparılır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, 20 yaşlı qız nakam sevgisi üzündən özünü öldürmək istəyib. Demə qız gənc bir oğlanla uzun zaman sevgili olublar. Lakin oğlan iki gün əvvəl başqa qızla nişanlanıb. Oğlan nişanlısını sevməsə də, ailəsinin təzyiqilə evlənəcəyini bildirib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsində araşdırma aparılır.(anspress)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


