İcra başçısı: “Mən çox xəcalət çəkirəm...”

İcra başçısı: “Mən çox xəcalət çəkirəm...”
  13 Mart 2015    Oxunub:8641
“Biz rayonda jurnalistikanı inkişaf etdirmək niyyətindəyik. Gələcəkdə radio və televiziya qurmaq istəyirik ki, insanlarımız daha çox maariflənsin”.

AzVision.az xəbər verir ki, bu fikirləri İsmayıllının icra başçısı Mirdaməd Sadıqov bildirib. O qeyd edib ki, icra başçılarının ən çox qorxduğu qüvvə jurnalistlərdir.

“İcra başçılarının ən çox qorxduğu qüvvə jurnalislərdir. Çox vaxt reket jurnalistlər həqiqətə uyğun olmayan informasiyalar yayırlar. Amma icra başçılarını tənqid edən zaman mövzulara səthi yanaşırlar. Onlar aparılan işlərdən xəbəri olmadan informasiyalar yayırlar”.

İcra başçısı İsmayıllıdan olan gənclərin İŞİD-ə qoşulmasından da söz açıb.

"Mən çox xəcalət çəkirəm ki, İsmayıllıdan bir nəfər İŞİD-in tərkibində vuruşub, birinin meyiti rayona gəlib. Bu bizim ideologiyamızda olan boşluqdur ki, insanlarımız Qarabağı qoyub gedib İŞİD-ə qoşulur. Gənclər cəmiyyətə yaralı bir şəxsiyyət kimi formalaşması üçün pis vərdişlərdən uzaq olmalıdır, asudə vaxtlarını səmərəli keçirməlidirlər. Biz bu problemi birlikdə həll etməliyik”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti