Yarmarkaya görə yol bağlandı - DİQQƏT

Yarmarkaya görə yol bağlandı - DİQQƏT
  13 Mart 2015    Oxunub:1660
"Bayram yarmarkası" ilə əlaqədar olaraq General Akim Abbasov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsindən Mirəli Seyidov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, sürücülərə alternativ olaraq Nazim Hikmət küçəsindən istifadə etmələri tövsiyə olunur.
Yarmarka mart ayının 19-dək davam edəcək.


Teqlər:



Xəbər lenti