Qızıla bürünmüş dəmiryol stansiyası

Qızıla bürünmüş dəmiryol stansiyası
  21 May 2013    Oxunub:1679
Səudiyyə Ərəbistanının kralı dəbdəbəli dəmiryol stansiyası tikəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, dəmiryol stansiyası digərlərindən fərqlənəcək. Beləki, stansiyanın divarları qızıl platalardan, keçidlər isə mərmərdən tikiləcək.



Səudiyyə Ərəbistanının kralı Abdulla altıxətli qatar şəbəkəsini tikməklə turistləri heyrətə salmaq niyyətindədir. Stansiya memar Zaha Hadid tərəfindən dizayn edilib və ölkənin qum təpələrini simvolizə edir. Stansiyanın işıqları dünyanın ən isti ölkəsində günəş şüalarının səhraya düşmə effektini verəcək.



Dəmiryol stansiyası ölkənin paytaxtı Riyadda dörd ilə tikiləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti