Bakıda üç yol bağlanır

Bakıda üç yol bağlanır
  13 Mart 2015    Oxunub:1393
Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual idarəetmə Mərkəzinə verilən məlumata əsasən, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti