Pakistan prezidenti Yavər Camalovla görüşdü

Pakistan prezidenti Yavər Camalovla görüşdü
  13 Mart 2015    Oxunub:1231
Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn onun üçün ayrılmış iqamətgahda Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovu qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən AzVision.az xəbər verir ki, Yavər Camalov hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri kimi komissiyanın İslamabadda keçiriləcək növbəti iclasında Pakistanla müxtəlif istiqamətlər üzrə yeni əməkdaşlıqlar barədə Azərbaycan tərəfindən müzakirəyə çıxarılacaq təklifləri və gündəlikdə olan digər məsələləri Pakistan prezidenti Məmnun Hüseynin diqqətinə çatdırıb.


Teqlər:





Xəbər lenti