Albert Eynşteyn Milli Şuranın mitinqinə qatılacaq

Albert Eynşteyn Milli Şuranın mitinqinə qatılacaq
  13 Mart 2015    Oxunub:2767
Milli Şuranın 15 martda keçirmək istədiyi mitinqə siyasi partiyalar arasında münasibət birmənalı deyil. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bununla bağlı bildirib ki, Əli Kərimli manatın ucuzlaşmasından sadəcə öz çırkin məqsədləri üçün istifadə etmək istəyir.

- Bu adam mitinqi ona görə keçirir ki, görsün, xalq indiki vəziyyətdə ona dəstək verəcək , ya yox. Azərbaycan xalqının əksəriyyəti Əli Kərimlinin xəyanətkar oldugunu yaxşı bilir. Və bu mitinqdə də çox az sayda insan iştirak edəcək. İştirak edənlər də Əli Kərimlinin dəstəsinin üzvləri və onların qohunları olacaq. Bir neçə gün bundan qabaq Əli Kərimli facebook-da mitinqə çağrış eventi yaradıb. Həmin eventdə 1400 nəfər şəxs iştirak edəcəyini təsdiqləyib. Kiçik bir araşdırma apardım. Elə həmin eventdə istirakını təsdiq edən şəxslərlin facebook səhifələrilə tanış oldum. Təsəvvür edirisniz, Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off, və Sabişka adlı xeyli saxta profillərdir. Bu profillərin hər birinin yaradıcısı Əli Kərimli və onun dəstəsidir. Kimin şübhəsi varsa, həmin eventə daxil olub, bunların canlı şahidi ola bilərlər,- deyə Orduxanlı bildirib.

O, həmçinin qeyd edib ki, Milli Şuranın özü mitinq günü təxribat törədə bilər: "Mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün Əli Kərimli istənlən varianta əl ata bilər. Bir neçə gündür ki, hay-küyü qoparır. Guya Cəmil Həsənlinin səhifəsini ələ keçirdiblər və təxribata əl atıblar. Bunu qəsdən yayır. Kimə lazımdır Cəmil Həsənlinin səhifəsi? Neçə olur ki, Cəmil Həsənlinin səhifəsini ələ keçirirlər, sənin səhifəni yox? Bunu etmək lazımıdırsa, elə Əli Kərimlinin səhifəsini ələ keçirərdilər. Stəkanda fırtına görüntüsünü yaratmağa cəhd edir. Bilərəkdən Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu, təxribatdır”.


Teqlər:



Xəbər lenti