Gözəllik salonundan oğurluq edən qadın saxlanıldı - VİDEO
Bakının Nizami RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ötən il törətdiyi oğurluq hadisəsinə görə axtarışda olan Bakı sakini, 33 yaşlı Aynur Əliyeva tutulub. Saxlanılan şəxs 2014-cü ilin 19 sentyabr, saat 16:00 radələrində Keşlə qəsəbəsində yerləşən gözəllik salonuna gələrək özünü müştəri kimi təqdim edib. Sonra həmin salonda işləyən İradə İsmayılovaya məxsus çantadan, qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb. Aynur Əliyeva törətdiyi cinayət əməlindən yayınsa da, Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa cəlb edilib.
İstintaq zamanı məlum olub ki, Aynur Əliyeva oğurladığı bir ədəd boyunbağı və bir ədəd klonu 1700 manata zərgərə satıb. Oğurlanmış qızıl-zinyət əşyaları əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə qaytarılıb. Saxlanılan qadının törətdiyi oğurluqdan başqa, digər cinayət əməllərinin olub-olmaması Nizami RPİ-nin istintaq şöbəsində aparalınan araşdırmalardan sonra bəlli olacaq.
Aynur Əliyeva - saxlanılan şəxs: "Salona müştəri kimi gedirdim, bir-birimizi tanıyırdıq. Boyunbağını götürdüm, sonra aparıb qaytardım."
Faktla bağlı cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (Region TV)
Teqlər: