Prezident Bərdəyə pul ayırdı- SƏRƏNCAM
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3,0 (üç) milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


