Ramil Usubov Sekuta ilə görüşüb

Ramil Usubov Sekuta ilə görüşüb
  14 Mart 2015    Oxunub:1505
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ABŞ-ın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir onu səfir təyin olunması münasibətilə təbrik edib və ümid etdiyini bildirib ki, bu təyinat Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək.

Xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdıran nazir antiterror koalisiyasında yer alan ölkəmizin bu qlobal bəlaya qarşı birgə mübarizəyə öz töhfələrini verdiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı səmərəli mübarizə aparılması məqsədilə beynəlxalq aləmdə səylərin birləşdirilməsinin zəruriliyini bildirib.

Səfir R.Sekuta səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Birləşmiş Ştatların cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini, diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.


Teqlər:



Xəbər lenti