Ərzaq məhsulları bahalaşıb - Rəsmi Məlumat

Ərzaq məhsulları bahalaşıb - Rəsmi Məlumat
  14 Mart 2015    Oxunub:2012
Bu ilin fevral ayında Azrbaycan Respublikasında istehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayı ilə müqayisədə 4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşıb.



Teqlər:





Xəbər lenti