Bakıda gənc alimlərin forumu keçirilir

 Bakıda gənc alimlərin forumu keçirilir
  21 May 2013    Oxunub:1502
AzVision.az xəbər verir ki, mayın20 dən - 25-dək Gənclər və İdman Nazirliyinin, Milli Elmlər Akademiyasının, Azərbaycan Gənc Alim, Aspirant və magistrlar cəmiyyəti və EURODOC təşkilatı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər ƏLiyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin beynəlxalq Bakı Forumu" movzusunda tədbir keçirilir.

Tədbiri giriş sözü ilə Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları burada görməkdən məmnun olduğunu deyib.
O qeyd edib ki Azərbaycan elminin dünya elmi ile əməkdaşliğına dair dövlet proqramları var.
"Bu forumun Heydər Əliyevin90 illik yubileyinə həsr olunması təsadüfi deyil. Çünki Heydər Əliyev hər zaman alimlərə diqqət yetirib, gənc alimləri özünə dost hesab edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, bir neçə gün öncə İlham Əliyevin Şamaxıda rəsədxananın açılışında iştirak etməsi, oradakı çıxışı gənc alimlərə böyük stimuldur”.
Gənc alimlərin Beynəlxalq Bakı forumunun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf etdirilməsidir.Forumda 31 ölkənin 160, Azərbaycanın isə 190 gənc alimini iştirak edəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti