Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  14 Mart 2015    Oxunub:1853
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam əsasən şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir

AzVision.az


Teqlər:



Xəbər lenti