TQDK statistikanı açıqladı

TQDK statistikanı açıqladı
  21 May 2013    Oxunub:1228
Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür.
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 17-də başa çatıb. AzVision.az xəbər verir ki, bunu mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib.

TQDK-nın sədri bildirib ki, ilkin statistik məlumatlara əsasən, qəbul imtahanlarında iştirak etmək üçün 102000 abituriyent “Elektron ərizə” doldurub və müvafiq qaydada təsdiq etdirib.

“Onlardan 58365 abituriyent bu ilin məzunları, 43635 abituriyent isə əvvəlki illərin məzunlarıdır. Abituriyentlərdən 52507 nəfərini oğlanlar, 49493 nəfərini isə qızlar təşkil edir. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 2000-ci il təvəllüdlüdür”.

Anar


Teqlər:  





Xəbər lenti