Leyla Əliyeva hansı Xalq artistini təriflədi?

Leyla Əliyeva hansı Xalq artistini təriflədi?
  14 Mart 2015    Oxunub:25340
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva jurnalın mart-aprel sayında ön söz yazıb.

AzVision.az-ın məlumatına görə, L.Əliyeva Dördüncü Beynəlxalq muğam festivalı barədə fikirlərini bölüşüb.

Leyla Əliyevə jurnalın yeni nömrəsinin sayında xanəndə Alim Qasımova xüsusi diqqət ayırıb.

“Xanəndə Alim Qasımov dünyada ən çox sevilən muğam ifaçılarından biridir. Onun bu dərəcədə populyarlığının sirri nədədir? Yəqin ki, bu suala birmənalı olaraq cavab vermək qeyri-mümkündür. Onun uğuru meditasiya, yüksək incəsənət, muğamın dərinlikləri və incəliklərini bilməsindədir. Bu, bir daha göstərir ki, yenilik ənənəni inkar etmir, əksinə onu gücləndirir. Ancaq bunu böyük istedad edə bilər. Bu böyük istedad üçün muğam özünü reallaşdıramaq üçün məkan, ali məqsədlər üçün yol, Azərbaycanın musiqi xəzinəsi üçün yoldur”, - deyə “Baku” jurnalının baş redaktoru vurğulayıb.

Leyla Əliyevanın sözlərinə görə, Alim Qasımov yaradıcılığının gücü onun dialoqa girmək bacarığıdır:

“Alim Qasımov onunla bir səhnədə olan musiqiçilər: – tar, kamança, hətta saksofon və digər caz alətləri və təbii ki, tamaşaçılarla dialoq qurur. Adətən bu dialoqun sonu onun səsi yuxarı, ali başlanğıca yüksəlir. Sanki, xanəndə astral vəziyyətinə keçir və muğamın gücü ilə tamaşaçıların yanına yenilənmiş formada qayıdır.
“Baku” jurnalının bu nömrəsində Azərbaycan musiqi alətləri, muğamın əsasları və məşhur muğam ifaçıları barədə xüsusi layihə olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti