Nazir yarmarkaya gəldi - qiymətləri yoxladı
"Həmin məhsulların qablaşdırılması və markalanması olmalıdır. Həmçinin yarmarkada satılan balların da qablaşdırılmasına ehtiyac var. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı müvafiq işlər görməyi planlaşdırır".
Nazir qeyd edib ki, məhsulların qablaşdırılması və markalanması üçün müəyyən məbləğdə kredit ayrılacaq.
Bayram yarmarkalarında qiymətlərə nəzarət olunduğunu da vurğulayan nazir bildirib ki, aidiyyatı orqanlar qiymətə nəzarətlə məşğul olurlar. H.Əsədovun sözlərinə görə, fermerlərin yarmarkalara məhsul çıxara bilməsi üçün nazirlik ciddi cəhdlə çalışır: "Fermerlərə qarşı maneələr yaradılması yolverilməzdir. Biz bununla bağlı işlər görürük. Çalışırıq ki, fermerlər öz məhsullarını bir başa bazara çıxara bilsin".
Nazir manatın ucuzlaşmasından sonra yerli istehsal məhsulların qiymətlərinin artacağı ilə bağlı suallara da münasibət bildirib. H.Əsədov qeyd edib ki, valyutanın bahalaşması yerli istehsala təsir etməməlidir:
"Manatın devalvasiyası yerli istehsala təsir etməyib və etməyəcək. Çalışacağıq ki, yerli istehsalı artıraq. Bununla da xaricdən asıllığı azaltmağı hədəfləyirik", - deyə nazir vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


