Hava yenə pisləşir - yağış yağacaq

Hava yenə pisləşir - yağış yağacaq
  14 Mart 2015    Oxunub:2173
Sabahdan Azərbaycan hava şəraiti nisbətən dəyişəcək, martın 18-ə kimi temperatur ötən günlərlə 4-6 dərəcə müqayisədə enəcək, ölkədə yağıntılı hava şəraiti müşahidə olunacaq. Temperatur əsasən martın 16-sı və 17-si enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtımalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 15-də havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti