Həmid Herisçini kitabxanadan qovdular

Həmid Herisçini kitabxanadan qovdular
  14 Mart 2015    Oxunub:2256
ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb.

`Dünən getmişdim Axundov adına kitabxanaya... Heç, elə belə, verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə... Kitabxana işçilərindən biri lazımı kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü...Dedim nə oldu axı sənə? Cavabında "Direktorumuz deyir ki, sənə kitab verməyim...Deyir ki, yaxşı adam deyilsən...Televizorda klassiklərimizi təhqir edirsən..."- sözlərini eşitdim...

Ağzım qurudu...Qaldım mat-məətttəl. Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar...Kitab verməzlər mənə...

Nədir bu? Rəhmətlik atam bu təkliyə-tənhalığa "təbrizli taleyi" adını vermişdi...İndi bu taleyi mən yaşayıram...`,-deyə H.Herişçi qeyd edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti