Zakir Həsənov Mehdi Hüseynzadənin məzar üstdə - FOTOLAR

Zakir Həsənov Mehdi Hüseynzadənin məzar üstdə - FOTOLAR
  14 Mart 2015    Oxunub:2920
Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.
Sonra Müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti