Cavid Qurbanovdan ciddi bayram tapşırığı

Cavid Qurbanovdan ciddi bayram tapşırığı
  14 Mart 2015    Oxunub:2701
Bayram günlərində sərnişinlərin bilet problemi olmayacaq.
Bu barədə AzVision.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bayramın yaxınlaşması ilə əlaqədar bölgələrə gediş - gəliş artıb. Buna nəzərə alaraq xəttə əlavə qatarlar qoşulub:

“Bu növbəti günlərdə gözlənilən sıxlığı aradan qaldırmağa hesablanıb. Böyük Kəsik - Bakı xətti üzrə 3 əlavə qatar relsə buraxılıb. Bundan əlavə Qazax-Ağstafa-Bakı və Tbilisi-Bakı xətti üzrə hərəkət edən qatarlarının hər birinə 2 əlavə vaqon qoşulub”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin onu da qeyd ediblər ki, bayram günlərində kassalarda bilet problemi olmayacaq və sərnişin artımı nəzərdə tutulduğundan daha çox olarsa, xəttə çıxan qatarlara daha bir neçə vaqonun da əlavə edilməsi nəzərdə tutulub.

Qurumdan verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov bütün kollektivə ciddi göstərişlər verib. Qeyd edib ki, sərnişinlərin bayram günlərində gediş-gəlişi üçün heç bir əngəl olmasın.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti