Narkotiklə saxlanılan şəxs: `Ağrılarıma görə çəkirəm`

Narkotiklə saxlanılan şəxs: `Ağrılarıma görə çəkirəm`
  14 Mart 2015    Oxunub:2411
Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb. Polis onun üzərindən qurudulmuş marixuana aşkar edib.

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan Gəncə şəhər sakini Əli Əliyevin üzərinə baxış keçirərkən ondan 0.5 kiloqrama qədər narkotik maddə olan marixuana götürülüb. Saxlanılan şəxs Gəncədəki evlərində marixuanadan bir qədər istifadə etdiyini deyib.

Səhəri gün içki qəbul etdikdən sonra Zərdab rayonunda olan əsgər yoldaşının yanına gəldiyini deyən saxlanılan şəxs özü ilə marixuana da gətirdiyini bildirib. Əli Əliyev özünü şübhəli apardığına görə, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman o kəskin ağrıları olduğu üçün marixuanadan ağrıkəsici kimi istifadə etdiyi deyib.

Əli Əliyev - saxlanılan şəxs: "Mən özümlə götürürəm həmişə, özüm çəkirəm. Mən onun çəkəniyəm də. Ağrılarıma görə çəkirəm. Ağrıyıram, onu çəkəndə elə bil əllə çıxarırlar ağrını."

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)




Teqlər:





Xəbər lenti