Saatlıda ev yandı

Saatlıda ev yandı
  14 Mart 2015    Oxunub:1357
Saatlı rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti