Pakistandan Azərbaycana Qarabağ dəstəyi

Pakistandan Azərbaycana Qarabağ dəstəyi
  14 Mart 2015    Oxunub:1658
"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir".
AzVision.az xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn AzərTAc-a müsahibəsində deyib.

Prezident bildirib ki, Pakistan Azərbaycanı müstəqil dövlət qismində tanınmış ilk ölkələrdən biridir:

“Əvvəldən Azərbaycan dövləti və xalqı ilə çox səmimi münasibətlərimiz olub. Biz Azərbaycanın ədalətli hesab etdiyimiz mövqeyini həmişə dəstəkləmişik”.

M.Hüseyn qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək: “Cammu və Kəşmir məsələlərində bizi həmişə dəstəkləyən Azərbaycan xalqı və hökumətinə təşəkkür edirik və buna görə çox şadıq”.


Teqlər:



Xəbər lenti