Bakıda iki maşın toqquşdu, biri yandı

  15 Mart 2015    Oxunub : 846
Bakıda iki maşın toqquşdu, biri yandı
Bakıda ötən gecə yanğınla nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “AzSamand" və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə “AzSamand” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Teqlər: