İTV-dən açıqlama - Elnur namizəddir

İTV-dən açıqlama - Elnur namizəddir
  15 Mart 2015    Oxunub:1786
13 Mart 2015-ci il tarixində Azərbaycanı bu ilki “Eurovision” Mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın rəsmi saytında məlumat yerləşdirilib.

“İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçıların, Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov, arasından ölkənin bu ilki təmsilçisini müəyyən ediblər. Qalib ifaçının adı 15 martda açıqlanacaq”-deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti