Məmurlarının qəbuluna düşmək asanlaşır

Məmurlarının qəbuluna düşmək asanlaşır
  15 Mart 2015    Oxunub:2364
Azərbaycanda "Elektron hökumət" portalının köməyi ilə onlayn rejimdə dövlət strukturlarının rəhbərliyinin qəbuluna yazılmaq mümkün olacaq.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM Azərbaycanın dövlət qurumlarının rəhbərliyinin qəbulu üzrə vətəndaşların qeydiyyatı üçün elektron platforma hazırlayıb.

Mərkəzdən bildiriblər ki, hazırda platformanın tətbiqi sahəsinin müəyyənləşdirilməsi üzrə işlər aparılır: "Yeni elektron xidmət ilkin mərhələdə vətəndaşlara yerli icra hakimiyyəti strukturlarının rəhbərliyinin qəbuluna yazılmağa imkan verəcək, gələcəkdə isə digər dövlət qurumlarını da əhatə edəcək".

MHM-dən elektron xidmətlər portalında istifadəçilər üçün əlçatan olacaq yeniliklər arasında rəsmi yazışmanın tətbiqi, ərizə və şikayətlərin göndərilməsi, "şəxsi kabinet"İn açılmasını qeyd ediblər.


Teqlər:  



Xəbər lenti