Milli Şuranın mitinqi FOTOLARDA

Milli Şuranın mitinqi FOTOLARDA
  15 Mart 2015    Oxunub:9259
Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda aksiya keçirib. Əsasən AXCP üzvlərinin iştirak etdiyi aksiyaya rəsmi məlumata görə, 700 adam qatılıb.

Amma buna baxmayaraq, müxalifətçilər yenə də rəqəmləri saxtalaşdırmaq xasiyyətindən əl çəkməyərək, aksiyada on minə yaxın iştirakçının olduğunu bildiriblər. Bu, yalnız bir halda həqiqət ola bilər ki, həmin aksiya iştirakçıları gözəgürünməz adamlar olublar. Əks halda, fotolarda görünərdilər...

Onu da qeyd edək ki, Milli Şuranın 15 mart aksiyasında digər müxalifət partiyaları iştirak etməyiblər. AXCP-nin təklifi ilə keçirilən aksiyadan Müsavat, Azad Demokratlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası və digər müxalifət partiyaları imtina ediblər. Bu isə AXCP-nin dediyi rəqəmin əsla doğru olmadığını bir daha təsdiqləyir.













AzVision.az


Teqlər:  



Xəbər lenti