Roma Papası vəzifəsindən gedəcək
Roma Papası vəzifədən gedəcəyini desə də, bunun səbəblərini açıqlamayıb.
“Pontifiklik müddətimin qısa olacağı ilə bağlı daxilimdə bir hiss var. Bu müddət 2-3 il də ola bilər. Hiss edirəm ki, Tanrı məni bura qısa müddətə gətirib” - deyə Papa müsahibəsində bildirib.
Roma Papasının bunun səbəblərini açıqlamaması isə ona qarşı təzyiqlər edildiyi söz-söhbətini yaradıb.
Qeyd edək ki, Fransiskin Roma Papası seçilməsindən artıq 2 il ötür.