Azərbaycan Avropada ən çox silah alan ikinci ölkədir

Azərbaycan Avropada ən çox silah alan ikinci ölkədir
  16 Mart 2015    Oxunub:5849
Azərbaycan Böyük Britaniyadan sonra Avropada əsas növ silahlar üzrə ikinci ən böyük idxalçıdır.

AzVision.az-ın məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun “Yearbook 2015” adlı hesabatında bildirilir. Hesabata əsasən isə ümumilikdə 2010-2015-cü illərdə Avropada silah idxalı 36 faiz aşağı düşüb.

Avropada ən böyük silah idxalçısı Böyük Britaniyadır (14%).

Hesabat dövrü ərzində idxal olunan silahların həcminə görə isə ikinci yerdə 13%-lik göstərici ilə Azərbaycan gəlir.

“Dağlıq Qarabağ münaqişə tərəflərindən biri olan Azərbaycan 2014-cü ildə cəbhə xəttində baş verən gərginliklərdən sonra 2005-2009-ciu illərə nisbətən 2010-2015-cü illərdə silah idxalını 249 faiz artırıb.

Azərbaycanın idxal etdiyi silahın 85 faizi Rusiyanın payına düşür. Ermənistanın silah idxalını isə Azərbaycanın göstəricilərinin cəmi 4 faizini təşkil edir. De-fakto olaraq “Dağlıq Qarabağ Silahlı Qüvvələri”nin də silahları var. Lakin onların nə vaxt və haradan silah alması məlum deyil. Aydındır ki, bu silahların əksəriyyətini “Qarabağ”a Ermənistan ötürür”-deyə hesabatda qeyd edilib.

Hesabata əsasən 2010-2014-cü illərdə ən çox silah satan ölkə ABŞ olub. O Silah satışı bazarının 31 faizinə nəzarət edir. İkinci pillədə isə 27 faizlik göstərici ilə Rusiya qərarlaşıb. Üçüncülüyü isə 5 faizlik Çin qapayır. Çin son 4 ildə silah ixracatını 143 faiz artırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti