Bayramda rayonlara gedənlərə Xəbərdarlıq

Bayramda rayonlara gedənlərə Xəbərdarlıq
  16 Mart 2015    Oxunub:2449
Bayramqabağı süni qiymət artımının qarşısı alınacaq, rayonlara gediş-gəliş üçün əlavə avtobuslar xəttə buraxılacaq.
Bu barədə AzVision.az-a Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

Sərnişinlərə xəbərdarlıq edilib ki, bayramda rayonlara getmək istəyən sərnişinlər öncədən biletlərini almalıdırlar:

“Rayona getmək istəyənlər biletlərini vaxtında alsınlar. Kim ki, biletini vaxtında alıb, onlar üçün heç bir problem olamayacaq. Problemi olanlar bilet almayanlardır.”.

Avtovağzaldan onu da bildirdilər ki, bayram günlərində sıxlıq çox olarsa xəttə əlavə maşrutlar qoşulacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti