Bakıda əsas yollardan biri genişləndirilir

Bakıda əsas yollardan biri genişləndirilir
  16 Mart 2015    Oxunub:1445
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Heydər Əliyev prospektində tıxacın aradan qaldırılması istiqamətində görülən tədbirlə bağlı məlumat yayıb.
Mərkəzdən Azvision.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından gələrək yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən Heydər Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib.

Eyni zamanda sıxlığın aradan qaldırılması istiqamətində Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq Heydər Əlieyev prospektində yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib.

Azvision.az


Teqlər:



Xəbər lenti