“Kəlbəcər girovlarına işgəncə verilir”
Deputat Kəlbəcər girovları ilə bağlı aparılan işlərdən danışıb. Qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib:
“Bir neçə gün öncə 2014-cü ilin yekunu ilə bağlı İdarə Heyəti yığışdı və yığıncağın sonu olaraq bir də müraciət qəbul olundu ki, həmvətənlərimiz qeyri-qanuni olaraq saxlanılıb, onlara işgəncə verirlər və dərhal onlar azadlığa buraxılmalıdır. Dünya birliyinin bu cür qondarma məhkəmənin və hökmlərin çıxmasına biganə olması ilə bağlı icma öz mövqeyini həm ilkin andan, həm proses zamanı, həm də sonuncu dəfə də ilin yekunları ilə bağlı iclasında bildirib. Eyni zamanda tək AŞPA-da deyil, eləcə də digər beynəlxalq təşkilatlarda bəyənatlar verilib. Bizim həmvətənlərimiz azadlığa buraxılmayana qədər biz bu mövqeyi AŞPA-da daim səsləndirəcəyik”.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


