Azərbaycanın dünya çempionu narkotikdən öldü - FOTO

Azərbaycanın dünya çempionu narkotikdən öldü - FOTO
  16 Mart 2015    Oxunub:20114
Azərbaycanın güləş üzə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

AzVision.az-ın məlumatına görə, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir.

Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.

Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti