`Mənim əsl atam odur...` - İlhamə Quliyeva

`Mənim əsl atam odur...` - İlhamə Quliyeva
  16 Mart 2015    Oxunub:4855
Xalq artisti İlhamə Quliyeva ilk dəfə doğma valideynindən danışıb.
AzVision.az xəbər verir ki, müğənni “Onlar”a açıqlamasında əsl atasının Həbib Bayramov yox, Məzahir Quliyev adlı şəxs olduğunu deyib:

“Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Anam Tükəzban xanım atamdan ayrılandan sonra onunla ailə qurub. Onlar bir-birini çox sevib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib”.




AzVision.az


Teqlər:





Xəbər lenti