`Avtoş`lara 20 sutka həbs

`Avtoş`lara 20 sutka həbs
  16 Mart 2015    Oxunub:2086
Bakı şəhər sakinləri Nicat Qələndərov və Araz Rəhimov avtoxuliqanlıq hərəkətləri etdiklərinə 20 gün müddətinə həbs ediliblər.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.

Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.


Teqlər:



Xəbər lenti