AZAL `Türk Hava Yolları` ilə razılaşdı

AZAL `Türk Hava Yolları` ilə razılaşdı
  16 Mart 2015    Oxunub:1823
“Azərbaycan Hava Yolları” QSC ilə “Türk Hava Yolları” şirkətləri arasında Azərbaycandan Türkiyəyə və əks istiqamət üzrə martın 29-da qüvvəyə minəcək kod-şerinq sazişi imzalanıb.
“Azərbaycan Hava Yolları” QSC-dən AzVision.az-a bildirib ki, bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul ("Atatürk"/"Sabiha Gökçen")-Ankara reyslərində “Türk Hava Yollar”nın marketinq kodu yerləşdirəcək. “Azərbaycan Hava Yolları”nın marketinq kodu isə öz növbəsində “Türk Hava Yolları”nın İstanbul ("Atatürk")-Bakı-Naxçıvan (Gəncə) və İstanbul ("Sabiha Gökçen")–Bakı reyslərində yerləşdiriləcək.

Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən, hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti