Müsavat üzvünə 6 il iş verildi

Müsavat üzvünə 6 il iş verildi
  16 Mart 2015    Oxunub:1385
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Müsavat Partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sirac Kərimli 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

S. Kərimlinin qardaşı Müsavat partiyası başqanının müavini Fərəc Kərimli də məhbus həyatı yaşayır.

AzVision.az


Teqlər:  



Xəbər lenti