Qocalar evində bankomat quraşdırılsın
Başçəkmənin məqsədi bu müəssisədəki şəraitin və rəftarın, habelə əvvəlki başçəkmə zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin araşdırılması olub.
MPQ üzvləri müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış və tibb otaqlarına, yeməkxanaya, mətbəxə baş çəkib, sakinlərlə görüşüblər. Onlar burada istifadəyə verilmiş yeni yaşayış binalarının şəraiti, qidalanma, müalicə və rəftarla bağlı razılıqlarını bildiriblər.
Başçəkmənin nəticəsi olaraq, müəssisədə aparılan əsaslı təmir işləri, şərait, rəftar, qidalanma və müalicə vəziyyəti, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin qismən icra edilməsi, o cümlədən bankomatın quraşdırılması müsbət qiymətləndirilib.
Eyni zamanda, müəssisənin rəhbərliyinə şəraitin, qeydiyyat sistemi və müvafiq sənədləşmənin, tibbi göndərişlərin təşkilinin, qidalanma və sanitariya-gigiyena məsələlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


