Ədliyyə Nazirliyi: `Hüquq müdafiəçisi damarlarını kəsməyib`

Ədliyyə Nazirliyi: `Hüquq müdafiəçisi damarlarını kəsməyib`
  17 Mart 2015    Oxunub:1797
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Taleh Xasməmmədovun damarlarını kəsməsi və kəsik yaralarının olması barədə yayılan məlumatı təkzib edib.
AzVision.az xəbər verir ki, İ.Qurbanov virtualaz.org saytına açıqlamasında T.Xasməmmədovun aclıq etməsi barədəki xəbərləri də təkzib edib. Deyib ki, T.Xasməmmədov qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.

Qeyd edək ki, mətbuatda yer alan məlumatlara görə, həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsib.


Teqlər:



Xəbər lenti