Kəlbəcər girovlarından sirli məktub

Kəlbəcər girovlarından sirli məktub
  17 Mart 2015    Oxunub:4192
Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərov doğmalarına məktub yollayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Ans-ə girovların yaxınları məlumat verib.

Bildirilib ki, budəfəki məktubun məzmunu digərlərindən fərqlənmir. Dilqəm Əsgərov yaxşı olduğunu və hər kəsə salam göndərdiyini yazıb. Dilqəm həyətlərində ağac əkməyi tapşırıb.

Şahbaz Quliyev isə məktubda anasına salam yollayıb.

“O, sağlamlığının qaydasında olduğunu yazır. Əsasən anası, doğmalarına salam yollayıb. Qızı Elzanı soruşur, ona daim diqqət göstərməyimizi, marağlanmağımızı qeyd edir", - deyə Şahbaz Quliyevin bacısı İradə xanım bildirib.

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.


Teqlər:



Xəbər lenti