Sabah həmsədrlərin regiona səfəri başlayır

Sabah həmsədrlərin regiona səfəri başlayır
  21 May 2013    Oxunub:1279
Sergey Lavrov : “Münaqişənin hər iki tərəfi üçün status-kvo qəbuledilməzdir”.
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib.

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi facebook səhifəsində bildirilib.

Görüşdən sonra mətbuat konfransı keçirilib. Konfransda jurnalistlərin suallarını cavablandıran Rusiya Xarici işlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya həmişə olduğu kimi münaqişənin həllində səylərini əsirgəməyəcək . Elə sabah ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayacaq.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin bu gün Azərbaycanın ən böyük problemi olduğunu deyib.

Məmmədyarov həmçinin, seçkilərdən sonra münaqişənin həlli istiqamətində səylərin ikiqat, hətta üçqat artırılacağını da vurğulayıb.




Teqlər:  





Xəbər lenti