Hamlet İsaxanlı: `Qızım döyülməyib, yalandır...`

Hamlet İsaxanlı: `Qızım döyülməyib, yalandır...`
  17 Mart 2015    Oxunub:6524
“Axmaqlar yalan danışırlar”.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: “Mən indi xaricdəyəm. Axmaqlalar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.

Qeyd edək ki, musavat.com saytının yazdığına görə, Ü. İsaxanlı 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti