Lənkəranda tiryəkxana aşkarlandı - VİDEO

Lənkəranda tiryəkxana aşkarlandı - VİDEO
  17 Mart 2015    Oxunub:2574
Lənkəran polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Səməd Vurğun küçəsi, 72 ünvanında yaşayan, əvvəllər məhkum olunan İqbal Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub.

Aparılan axtarışlar zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd “Metodon” həbi, heroinin inyeksiya vasitəsi ilə qəbul edilməsi üçün istifadə olunan 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evindən narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşayan Lənkəran şəhər sakinləri Valeh Bədəlov, Rövşən Sultanov və Elman Quliyev aşkarlanaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 2 maddəsi il cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)




Teqlər:





Xəbər lenti