`Heydər Əliyev musiqini çox yaxşı duyurdu` – Alim Qasımov

`Heydər Əliyev musiqini çox yaxşı duyurdu` – Alim Qasımov
  17 Mart 2015    Oxunub:4445
“Milli lider mənim ifalarımı bəyənirdi”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Aliq Qasımov deyib.

A.Qasımov bildirib ki, Milli Lider Heydər Əliyev onun sənətinə yüksək qiymət verirdi: “Heydər Əliyev də mənim ifamı çox gözəl qiymətləndirirdi. O, hətta mənim balaca musiqi şıltaqlığımı, eşqimi də qəbul elədi. Heydər Əliyev o vaxtlar məni qucaqladı, öpdü. Mənə dedi ki, kişilər öpüşməz, amma gəl, səni öpüm. Rəhmətlik musiqini çox yaxşı duyurdu. O musiqiçinin nə qədər kövrək olmasını çox gözəl qiymətləndirirdi. Heydər Əliyev bizim sənətkarların hamsına çox gözəl qiymət veririrdi”.

Xalq artisti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, baş redaktoru olduğu "Baku" jurnalında onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “Leyla Əliyevaya minnətdaram. Allah ona can sağlığı versin. Sonsuz təşəkkürlərimi bildirirəm ki, mənim sənətimə belə gözəl dəyər verib”.
A.Qasımov deyib ki, Leyla xanım Əliyeva onun ifalarını bir neçə dəfə dinləyib:

- Moskvada Xocalı soyqırımının anım günü keçirilirdi. Həmin günün təşkilatçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım idi. Leyla xanım orada bizim ifamızı dinlədi. Amma onunla indiyə qədər təkbətək görüşməmişik. Biz bir daha Leyla Əliyevanın nə qədər zövqlü bir xanım olduğunu gördük. Leyla xanımı var olsun, sağ olsun ki, bizim xalq musiqimizə belə yüksək qiymət verir. İnşallah, biz Leyla xanımla görüşəcəyik”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva jurnalın mart-aprel sayına yazdığı ön sözdə xanəndə Alim Qasımova xüsusi diqqət ayırıb. Onunla bağlı yüksək fikirlər səsləndirib.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti