Bakıda böyük narkotik əməliyyatı

Bakıda böyük narkotik əməliyyatı
  17 Mart 2015    Oxunub:1405
Bakı polisi qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat həyata keçirib.
AzVision.az Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinə istinadən bildirir ki, Xəzər Rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Elman Mikayıl oğlu Mirzəyevdən 485 qram marixuana aşkar olunaraq götürülüb.

Xəzər RPİ 1-ci Polis Bölməsi (PB) və 2-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Zirə qəsəbəsi, Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü İntiqam Adil oğlu Əliyevin həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Analoji əməliyyat paytaxtın Nizami rayonunda da həyata keçirilib. Nizami RPİ Narkotiklə Mübarizə Bölməsi və 23-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Samir Rafiq oğlu Tahirzadədən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb.


Teqlər:





Xəbər lenti