Rövnəq Abdullayev Türkiyədə konsertdə - FOTOLAR

Rövnəq Abdullayev Türkiyədə konsertdə - FOTOLAR
  17 Mart 2015    Oxunub:2776
Bu gün Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək. Dünən axşam Qarsda təməlqoyma mərasiminə həsr olunmuş möhtəşəm konsert təşkil olunub.
AzVision.az xəbər verir ki, İsmayıl Aydəmir İdman Salonunda pulsuz gerçəkləşdirilən xalq konsertini təxminən 4 min 500 qarslı izləyib. Konsertdən əvvəl qarslıları salamlayan SOCAR Türkiyə baş icraçı direktoru Kənan Yavuz çıxışında: “Türk tarixinin ən böyük layihəsi olan TANAP, Bakıda yatan şəhidlərimizi Çanaqqalada yatan şəhidlərimizlə bir araya gətirəcək. Bu layihə ilə Bakıda yatan min 130 nəfər türk şəhidi, Çanaqqalada yatan yüz minlərlə şəhidimizə salam yetirəcək. Bakı fatehi Nuri Paşa, Çanaqqalanın fatehi Mustafa Kamal Paşaya salam göndərəcək”,- deyib.

SOCAR prezidenti Rövnəq Abdullayevin də qatıldığı tədbirdə Qars bələdiyyə sədri Murtaza Karaçanta da söylədiyi qısa nitqində, “TANAP layihəsi Xəzərdən Çanaqqalaya qədər uzanır. Bu önəmli layihənin təməlqoyma mərasimini Qarsda keçirmələri bizlər üçün böyük bir qürurdur. SOCAR-dan bu cür layihələrin davamını gözləyirik”,- dedi.

Azərbaycan sənətçiləri Azərin, Samir Piriyev, “Natiq” ritm qrupu və türkiyəli müğənni Kıraçın iştirakı ilə keçirilən konsertdə ən gözəl türk və Azərbaycan mahnıları səsləndirildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti