İmtahanda ən yüksək bal toplayan qız - FOTO

İmtahanda ən yüksək bal toplayan qız - FOTO
  17 Mart 2015    Oxunub:10403
Bu il rezidenturaya qəbul imtahanının I mərhələsində ən yüksək nəticə göstərmiş namizədin adı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, həmin şəxs-Azərbaycan Tibb Universitetinin məzunu Yusifova Fəridədir. O, imtahanda 86 bal toplayıb.

TQDK-dan bildiriblər ki, Yusifova Fəridə 2009-cu ildə Samux rayon Sərkər kənd orta məktəbini bitirib. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 584 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi və profilaktika ixtisasına qəbul olub.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 07-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Sevinc


Teqlər:



Xəbər lenti