Artur Rasizadə hesabat verir - Yenilənib

Artur Rasizadə hesabat verir - Yenilənib
  17 Mart 2015    Oxunub:2608
Azərbaycan Milli Məclisinin plenari iclası başlayıb.
AzVision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasda Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.

O.Əsədov çıxışında deyib ki, hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılıb. Onun sözlərinə görə, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq, Nazirlər Kabineti 2014-cü ildəki fəaliyyəti barədə hesabat verir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilib.

O.Əsədov çıxışının sonunda qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə keçirilən müzakirələri icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşməsinə, mövcud problemlərin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır:

“Təqdim olunan hesabatdan da göründüyü kimi, hökumət müzakirələr zamanı millət vəkillərinin təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında onları nəzərə alır”.

Sonra Azərbaycanın baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Baş nazir bildirib ki, Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqi hesabat ilində də uğurla davam etdirilib.

Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir.

Hazırda baş nazirin çıxışı davam edir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti